Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib
Bakı, 14 mart, AZƏRTAC
Martın 14-də Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov ölkəmizdə səfərdə olan, Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya departamentinin dövlət idarəçiliyi, maliyyə sektoru və ticarət bölməsinin direktoru Tarik Niyazi ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə AİB arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək istiqamətləri üzrə məsləhətləşmələr aparılıb, ölkə üzrə yeni tərəfdaşlıq strategiyasının “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə və Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına uyğun hazırlanmasının vacibliyi qeyd olunub. Görüş zamanı AİB-in ölkəmizin makroiqtisadi sabitliyinə, dövlət sektorunda effektivliyin artırılmasına verdiyi dəstək və göstərdiyi texniki yardımlar vurğulanıb, dövlət sektorunun idarə edilməsində və maliyyə sektorunun inkişafında hökumətin strateji hədəfləri və islahat gündəliyi müzakirə olunub, ölkədə iqtisadi inkişafın davamlılığına əsaslanan gələcək kreditləşdirmə proqramı nəzərdən keçirilib.
1966-cı ildə təsis edilən Asiya İnkişaf Bankının əsas məqsədi üzv ölkələrin iqtisadi inkişafına dəstək olmaqla yoxsulluğun aradan qaldırılması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yardım etməkdir. AİB-ə 48-i regional və 19-u qeyri-regional olmaqla, 67 ölkə üzvdür. Bankın baş ofisi Filippin Respublikasının paytaxtı Manila şəhərində yerləşir.
Aksiz markası ilə bağlı qanun pozuntusuna görə maliyyə sanksiyası tətbiq olunurmu?
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 46 min 258 ipoteka krediti verilib
Dövlət Vergi Xidməti: Elektron xidməti üzrə istifadəçi təlimatları hazırlanıb