×
A
A
A
Sazlamalar

Pentaqon 2024-cü il üçün silahlanmaya 170 milyard dollar istəyir

Bakı, 11 mart, AZƏRTAC

ABŞ Müdafiə Nazirliyi 2024-cü maliyyə ilində yeni silahların hazırlanmasına və alınmasına ümumilikdə 300 milyard dolların ayrılması üçün sorğu təqdim edib.
AZƏRTAC Bloomberg agentliyinə istinadla xəbər verir ki, silah ehtiyatlarının bərpası və artırılması üçün tələb olunan 170 milyard dolların bir hissəsi Ukraynaya tədarük olunan hərbi texnikanın və sursatın yerinin doldurulmasına, həmçinin Çinlə mümkün münaqişə zamanı lazım gələ biləcək raket ehtiyatlarının artırılmasına sərf olunacaq.
Pentaqon, həmçinin elmi-tədqiqatlara və sınaqlara 145 milyard dollar tələb edir.
Ölkənin bu həftə təqdim olunan 2024-cü maliyyə ili üçün büdcə layihəsində müdafiə məqsədlərinə 842 milyard dollar ayrılması nəzərdə tutulub. Bu, 2023-cü ildə olduğundan 26 milyard dollar, yaxud 3,2 faiz çoxdur.

Dünya 2023-03-11 15:16:00