×
A
A
A
Sazlamalar

Netanyahu İsrail qazının Kipr vasitəsilə Avropaya ixracını təklif edib

Bakı, 11 mart, AZƏRTAC

İsrail Avropaya təbii qaz ixracını artırmağa hazırdır, buna görə mayeləşdirilmiş təbii qazın (LNG) daşınması üçün Kiprdə infrastrukturun yaradılması məqsədəuyğundur.
AZƏRTAC xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso ilə görüşündə deyib.
"Biz artıq sizin milli şirkətinizlə qaz sahəsində əməkdaşlıq edirik və bu əməkdaşlığı genişləndirmək istəyirik", - deyə Netanyahu bildirib.
"Düşünürəm ki, İsrailin İtaliyaya və İtaliyadan Avropaya qaz ixracı imkanlarını artırmaq üçün bəlkə də Kiprdə LNG infrastrukturunun genişləndirilməsi imkanlarını çox diqqətlə və tez nəzərdən keçirməliyik", - İsrailin Baş naziri deyib.
Netanyahu, həmçinin bildirib ki, İsrail aktiv şəkildə xaricə təbii qaz ixrac edir və bu yanacağın İtaliya vasitəsilə Avropaya tədarükünü artırmaqda maraqlıdır.

Dünya 2023-03-11 06:37:00