×
A
A
A
Sazlamalar

Rusiya BMT Təhlükəsizlik Şurasının Ukrayna mövzusunda iclasının keçirilməsini istəyir

Bakı, 11 mart, AZƏRTAC

Rusiya martın 14-də BMT Təhlükəsizlik Şurasının Ukrayna böhranının həllinə mane olan amil kimi rusofobiya ilə bağlı iclasının keçirilməsini istəyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski məlumat verib.
“...biz Ukrayna böhranının uzunmüddətli və davamlı həll yollarının axtarışına mane olan amil kimi martın 14-də BMT Təhlükəsizlik Şurasının rusofobiya ilə bağlı açıq iclasının keçirilməsini xahiş etdik”, – deyə diplomat öz teleqram kanalında yazıb.

Dünya 2023-03-11 02:50:00