×
A
A
A
Sazlamalar

Balakəndə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər barədə protokol tərtib olunub

Bakı, 10 mart, AZƏRTAC

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları hərəkətin təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək qəzaların qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, keçirilən növbəti tədbir zamanı təhlükəsizlik kəmərindən, avtomobilin işıq cihazlarından, yəni dönmə siqnallarından düzgün istifadə etməyən sürücülər aşkarlanıb. Onlarla maarifləndirici söhbət aparılıb və qanunvericiliyin tələbləri izah edilib. Həmin sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib olunub.

Regionlar 2023-03-10 22:32:00