×
A
A
A
Sazlamalar

Hamburqda atışma nəticəsində 8 nəfər həlak olub

Berlin, 10 mart, AZƏRTAC

Dünən axşam Hamburqda “Yehovanın şahidləri” dini təşkilatının kilsələrinin birində atışma baş verib.
AZƏRTAC “DPA” agentliyinə istinadla xəbər verir ki, cinayət nəticəsində ehtimal edilən atıcı da daxil olmaqla səkkiz nəfər həlak olub, daha bir neçə nəfər yaralanıb. Yaralananlardan bəziləri çox ağır vəziyyətdədir.
Cinayətin mümkün motivləri barədə hələlik heç bir məlumat yoxdur. Atəş açanın “Yehovanın şahidləri” icmasının keçmiş üzvü olduğu güman edilir. Polisin məlumatında həmin şəxsin 30-40 yaş arasında olduğu və hakimiyyət tərəfindən ekstremist kimi tanınmaması deyilir.
Almaniyanın Federal kansleri Olaf Şolts Hamburqdakı atışmanı “qəddar zorakılıq aktı” adlandırıb.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Dünya 2023-03-10 14:34:00