×
A
A
A
Sazlamalar

Ağalı kəndinə köçürülən sakinlər yaşıl enerjidən istifadə edirlər

Zəngilan, 10 mart, AZƏRTAC

İşğaldan azad edilmiş ərazilərdə enerji layihələrinin həyata keçirilməsi prioritet məsələlərdəndir. Regionun enerji ilə təmin edilməsi onun inkişafının əsasını yaradır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Zəngilanda Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.
“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xəstəxana, məktəb, uşaq bağçası, yollar və digər infrastruktur layihələrinin icrası davam edir. Artıq Zəngilan hava limanı fəaliyyət göstərir. Regionda yaşıl enerji zonasının yaradılması işi də davam edir. Cəbrayılda 240 meqavatlıq elektrik stansiyası istismara verilib ki, bu da regiona köçürülən əhalinin enerji ilə təmin olunmasında mühüm rol oynayır”, - deyə Vahid Hacıyev bildirib.
Onun sözlərinə görə, Ağalı kəndinin 90 faizi artıq məskunlaşdırılıb: “Ağalı kəndində artıq yaşıl enerjidən istifadə olunur. Burada tikilən evlərin üzərində günəş panelləri qurulub və kəndə köçürülən əhali ekoloji cəhətdən təmiz enerjidən istifadə edir”.

Regionlar 2023-03-10 13:20:09