×
A
A
A
Sazlamalar

Naxçıvanda obyektlərin 50,6 faizində yeni nəsil nəzarət-kassa aparatları quraşdırılıb

Bakı, 9 mart, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti (DVX) tərəfindən muxtar respublikada yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
DVX-dən AZƏRTAC-a bildirilib ki, 2023-cü il yanvarın 1-nə muxtar respublikada quraşdırılmış yeni nəsil NKA-ların sayı 73 ədəd olduğu halda, cari ilin 2 ayında 13 dəfədən çox artaraq 980 ədəd təşkil edib. İlin əvvəlində ümumilikdə obyektlərin 3,8 faizində yeni kassa aparatları quraşdırılmışdısa, martın 1-nə bu rəqəm 50,6 faiz olub. Yeni nəsil NKA-nın tətbiqi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

Regionlar 2023-03-09 12:45:18