×
A
A
A
Sazlamalar

Ağdam rayonunun Muğanlı kəndi FOTO

Bakı, 9 mart, AZƏRTAC

Ağdam rayonunun Muğanlı kəndi Şıxbabalı kənd inzibati ərazi dairəsində yerləşir.
Muğanlı kəndi 1993-cü il iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
İkinci Qarabağ müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Muğanlı kəndinin görüntülərini təqdim edir.

Regionlar 2023-03-09 10:00:00