×
A
A
A
Sazlamalar

Qubada polis əməkdaşlarından xanım sürücü və piyadalara bayram təbriki

Quba, 8 mart, Elxan Yusifli, AZƏRTAC

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi və Post Patrul Xidməti Bölməsinin əməkdaşları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə xanım sürücü və piyadaları təbrik ediblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayon ərazisində, xüsusilə mərkəzi yollarda sükan arxasında olan 10-a yaxın qadın sürücü saxlanılıb. Polis əməkdaşları həmin sürücüləri, eləcə də nəqliyyat vasitəsində olan xanımları, azyaşlıları təbrik edərək, onlara gül və müxtəlif hədiyyələr veriblər.
Tədbir zamanı parkda dincələn xanımlar da diqqətdən kənarda qalmayıblar. Polis əməkdaşları onları da bayram münasibətilə çiçək və müxtəlif hədiyyələrlə təbrik ediblər.

Regionlar 2023-03-08 18:52:00