Zaqatalada yol polisləri xanım sürücüləri və piyadaları təbrik ediblər
Bakı, 8 mart, AZƏRTAC
Zaqatalada Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə xanım sürücü və piyadaları təbrik ediblər.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, şəhərin küçə və prospektlərində, xüsusilə mərkəzi yollarda sükan arxasında olan 30-a yaxın qadın sürücü saxlanılıb. Polis əməkdaşları həmin sürücüləri, eləcə də nəqliyyat vasitəsində olan xanımları, azyaşlıları təbrik edərək onlara gül və müxtəlif hədiyyələr veriblər.
Tədbir zamanı xanım piyadalar da diqqətdən kənarda qalmayıb. Asayiş keşikçiləri onları da bayram münasibətilə çiçək və müxtəlif hədiyyələrlə təbrik ediblər.
İranda baş verən zəlzələ Naxçıvan Muxtar Respublikasında hiss olunub - YENİLƏNİB
Ağdamda eyni gündə doğulub, eyni gündə də şəhid olan qardaşların xatirəsi anılıb
Qax Damazlıq İpəkçilik Stansiyasında 4785 qutu ipəkqurdu toxumu inkubasiyaya qoyulacaq
Naxçıvançaydan Heydər Əliyev su anbarına bərk tullantılar daxil olub
Otuza yaxın şəhid övladı Ağbulaq İstirahət Mərkəzində istirahət edib