×
A
A
A
Sazlamalar

Konya Qida və Kənd Təsərrüfatı Universiteti ilə Dövlət Aqrar Universiteti memorandum imzalayıb

Gəncə, 8 mart, Elcan Məmmədov, AZƏRTAC

Konya Qida və Kənd Təsərrüfatı Universitetinin nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfərinin ikinci günündə ali təhsil müəssisəsinin Tədris-təcrübə təsərrüfatında olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müasir heyvandarlıq kompleksi, intensiv meyvə bağları, ət kəsimi sexi, qapalı və açıq tədris auditoriyaları ilə tanış olan qonaqlara təsərrüfat baytarlıq və zootexniklik istiqamətləri üzrə mütəxəssis hazırlığı barədə məlumat verilib.
Sonra Mehmet Kılıçın rəhbərlik etdiyi nümayəndə heyəti və ADAU-nun rektoru vəzifəsini icra edən Zəfər Qurbanov arasında görüş keçirilib.
Görüşdə toxumçuluq, bitkiçilik, bitki xəstəlikləri, istixana sahəsi və digər istiqamətlər üzrə birgə əməkdaşlıq perspektivləri müzakirə edilib.
Həmçinin birgə elmi-tədqiqat işlərinin aparılması, nəşrlərin hazırlanması və müəllim-tələbə mübadiləsi məsələlərinə də toxunulub.
Sonda Azərbaycan Dövlət Aqrar Universiteti ilə Konya Qida və Kənd Təsərrüfatı Universiteti arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.

Regionlar 2023-03-08 11:55:00