×
A
A
A
Sazlamalar

Türkiyədə qar uçqunu: iki nəfər ölüb, yeddi nəfər yaralanıb

Bakı, 4 mart, AZƏRTAC

Türkiyənin Artvin vilayətinin Yusufəli rayonunda qar uçqunu nəticəsində iki xizəkçi ölüb, yeddi nəfər yaralanıb.
AZƏRTAC “TRT Haber”ə istinadla xəbər verir ki, Artvin valiliyinin yaydığı məlumatda hadisənin yerli vaxtla təqribən 15:00-da baş verdiyi bildirilir.
Hazırda AFAD-ın regional bölməsinin koordinatoruluğu ilə aidiyyəti qruplar hadisə yerində işlərini davam etdirirlər.

Dünya 2023-03-04 19:06:00