Çin müdafiə xərclərini 2023-cü ildə də artırmağı planlaşdırır
Bakı, 4 mart, AZƏRTAC
Çinin 2023-cü il büdcəsində müdafiə xərclərinin artırılması nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə Çin Xalq Nümayəndələri Yığıncağının rəsmi nümayəndəsi Van Çao deyib. Onun sözlərinə görə, müdafiə xərclərinin artırılması təhlükəsizlik sahəsində Çinin qarşılaşdığı mürəkkəb çağırışlara reaksiyanın vacibliyi və ölkənin öhdəlikləri ilə bağlıdır.
Van Çao konkret rəqəmlər səsləndirməsə də, nəzərdə tutulan xərclərin miqdarının nümayəndələrə təqdim olunacaq büdcə layihəsində göstəriləcəyini bildirib.
2021-ci ildə Çinin müdafiə büdcəsi 6,8 faiz artaraq 209 milyard dollar, ötən il isə 7,1 faiz artaraq 229,5 milyard dollar təşkil edib.
Rusiyada alkoqollu içkidən zəhərlənərək ölənlərin sayı 29 nəfərə çatıb
Antonio Quterreş: Kaxovka SES-nin partladılması Zaparojye AES üçün əlavə təhlükə yaradır
Parisdə polis və nümayişçilər arasında gərginlik yaşanıb
Ərdoğan: Konstitusiyaya dəyişikliklərlə bağlı təklifimizi millətin ixtiyarına verəcəyik