ABŞ-də kəskin hava şəraiti on nəfərin həyatına son qoyub
Bakı, 4 mart, AZƏRTAC
ABŞ-də kəskin hava şəraiti səbəbindən azı on nəfər həlak olub, 1,5 milyon insan isə işıqsız qalıb.
AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, hazırda qasırğa şimal-şərqə doğru hərəkət edir. Güclü külək yük avtomobillərini aşırıb və regiona qolf topu böyüklüyündə dolu düşüb.
Kaliforniyanın bəzi rayonlarına güclü qar yağıb. Qar topalarının hündürlüyü bəzi hallarda evlərin ikinci mərtəbəsinin pəncərəsinə qədər qalxıb və insanlar evlərindən çıxa bilmirlər.
Əlverişsiz hava şəraiti ilə bağlı ştatın 13 dairəsində fövqəladə vəziyyət rejimi elan olunub. Qar fırtınası səbəbindən keçilməz olan dağlıq rayonlara ərzaq çatdırılması üçün helikopterlərdən istifadə edilir.
Hindistanda körpünün çökməsi nəticəsində ölənlərin sayı 20-yə çatıb
Rusiya ordusu Ukraynanın Çernovtsı vilayətinə PUA və raket hücumu edib
ABŞ məhkəməsi Prezidentin doğum hüququ əsasında vətəndaşlığı qadağan edən fərmanını bloklayıb
Danimarkada qadınlar məcburi hərbi xidmətə cəlb ediləcək
Avstriya telekanalı Çexiya bazarlarını “silah həvəskarları üçün cənnət” kimi xarakterizə edib