“Məşğulluğa dəstək layihəsi” çərçivəsində Saatlı və Sabirabadda ictimai dinləmələr keçirilib
Bakı, 3 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa dəstək layihəsi” barədə məlumatlılığı artırmaq, nəzərdə tutulmuş hədəf kateqoriyaları layihəyə cəlb etmək məqsədilə Saatlı və Sabirabadda ictimai dinləmələr keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ictimai dinləmələrdə işaxtaran və işsiz, o cümlədən öz biznesini qurmaq istəyən şəxslər iştirak edib.
Tədbirlərdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydalarına dair iştirakçılara ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Həmçinin layihə çərçivəsində öz biznesini qurmaq istəyən şəxslərə müvafiq tövsiyələr verilib. Görüşün sonunda iştirakçılara layihə və təqdim edilən biznes zərflər barədə məlumatların əks olunduğu çap materialları paylanılıb.
Qeyd edək ki “Azərbaycanda məşğulluğa dəstək” layihəsi üzrə 22 min işsiz şəxsin kiçik biznesə çıxışına imkan yaradılması nəzərdə tutulub və onlardan artıq bir hissəsi layihənin dəstəyi ilə kiçik bizneslərini qurub.
Layihəyə cəlb olunanlar üçün ilkin mərhələdə biznes təlimlər təşkil olunur. Təlimlərin sonunda keçirilən qiymətləndirmə prosesində biznes planlarını müdafiə edənlərə istehsal və xidmət sahələri üzrə avadanlıqlar verilir.
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb