×
A
A
A
Sazlamalar

“YAŞAT” Fondu tərəfindən təhsil istiqaməti üzrə dəstək davam edir

Bakı, 2 mart, AZƏRTAC
“YAŞAT” Fondu tərəfindən şəhidlərimizin ailə üzvlərinin təhsil xərclərinin qarşılanması üzrə dəstək tədbirləri davam edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, şəhidimiz Ruslan Tağıyevin övladı, İdrak Liseyinin 9-cu sinif şagirdi Fuad Tağızadənin iki il ərzində tədris üzrə təhsil haqqı Fond tərəfindən ödənilib. Fuad, həmçinin 9-11-ci siniflər üçün təşkil edilmiş “Əziz Şuşa, sən azadsan!” mövzusunda inşa müsabiqəsinin qalibi olub!
Eyni zamanda, şəhidimizin digər oğlu Poladın və qızı Nurayın təhsil haqları Fond tərəfindən qarşılanır.

Sosial 2023-03-02 17:52:00