×
A
A
A
Sazlamalar

Heyvan və quş xəstəliyi ilə əlaqədar bir sıra ölkələrə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb

Bakı, 28 fevral, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Rusiya Federasiyasının Orenburq vilayətində dabaq, İsveçrə Konfederasiyasının Sürix inzibati ərazi vahidində blutanq və Nyukasl, Aarqau inzibati ərazi vahidində isə blutanq xəstəliyi aradan qaldırılıb.
Həmin ərazilərdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliklərin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və xəstəliklərə görə epizootik sağlamlıq statusu bərpa olunub.
Bununla əlaqədar, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi” nəzərə alınaraq, dabaq, Nyukasl və blutanq xəstəliklərinə görə həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb.

Sosial 2023-02-28 16:48:00