Polşa şirkətlərinin azad edilmiş ərazilərdə bərpa olunan enerji layihələrində iştirakı nəzərdən keçirilib
Bakı, 28 fevral, AZƏRTAC
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AERA) direktoru Cavid Abdullayev Polşa səfiri Rafal Poborski ilə görüşüb.
AERA-dan AZƏRTAC-a bildirilib ki, Cavid Abdullayev Azərbaycanla Polşa arasında əlaqələrin müxtəlif sahələrdə uğurla davam etdiyini söyləyib. Azərbaycanın yüksək bərpa olunan enerji potensialının olduğu və bu istiqamətdə meqalayihələrin həyata keçirildiyini bildirib.
Görüşdə işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji sahəsi üzrə görüləcək işlər barədə məlumat verilib. Polşa şirkətlərinin bu layihələrdə iştirakı və əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Səfir bərpa olunan enerji sahəsində Polşanın təcrübəsini və təkliflərini Azərbaycanla bölüşməyə hazır olduğunu qeyd edib.
Energetika naziri “OPEC+” nazirlərinin görüşündə iştirak edəcək
“Qaradağ” Günəş Elektrik Stansiyasının bu il istifadəyə verilməsi planlaşdırılır
“Yaşıl enerji” və təmiz ətraf mühit mövzusunda ictimai müzakirə təşkil olunub
Bərpaolunan enerji mənbələri layihələrinə dair aktual məsələlər müzakirə olunub