Oğuzda sənaye məhsulu istehsalı artıb
Oğuz, 27 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Ötən il Oğuz rayonunda sənaye sektorunda 30 milyon 84,6 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Bu, 2021-ci ilin göstəricisindən 6 milyon 763 min manat və ya 17,9 faiz çoxdur.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, hazırda Oğuz rayonunda 11 sənaye müəssisəsi fəaliyyət göstərir. Rayonun sənayesi əsasən, qida məhsulları və ağac məmulatlarının istehsalı, suyun yığılması və paylanması, elektrik enerjisinin istehsalı və bölüşdürülməsi, təbii qazın bölüşdürülməsi sahələrini əhatə edir.
2022-ci ildə rayonda emal sənayesi üzrə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi isə əvvəlki ilə nisbətən 37,6 faiz artaraq, 22 milyon 711,4 min manat olub.
Xocavənd rayonundan olan dövlət qulluqçuları üçün ixtisasartırma təlimi keçirilib
Azərbaycanı dünyaya tanıdan lider
Neftçala şəhərinə çəkilmiş ikinci magistral su kəməri istismara verilib