Gəncədə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub
Gəncə, 26 fevral, Elcan Məmmədov, AZƏRTAC
Fevralın 26-da saat 17:00-da Azərbaycanın bütün ərazisində olduğu kimi, Gəncədə də Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhər ictimaiyyəti, KİV nümayəndələri və digər şəxslər Vətən müharibəsi dövründə Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində Ə.Rəfibəyli küçəsi, “Qələbə” parkının yaxınlığında dağılan ərazini ziyarət edib, həlak olan dinc sakinlərin xatirəsini və Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar.
Qeyd edək ki, həmin vaxt şəhərin küçələrində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.
“Sumqayıt” klubu ilk futbolçu transferini edib
MDB Gömrük Xidmətlərinin kinoloji bölmələrinin çoxnövçülükdə birincilik üzrə XI yarışı başlanıb
Nazir Rəşad Nəbiyev Qusarda şəhid ailəsini ziyarət edib
Rəqəmsal inkişaf və nəqliyyat naziri Qusarda vətəndaşları qəbul edib
Lənkəran-Astara iqtisadi rayonunun inkişafı üzrə hazırlanmış sənədlər təqdim edilib