×
A
A
A
Sazlamalar

Avropa hüquq müdafiə təşkilatlarının nümayəndələri və fəallar Qarabağda “Sülhə çağırış” aksiyası keçirəcəklər

Bakı, 24 fevral, AZƏRTAC

“Xocalı: Barışıq naminə etiraf et” beynəlxalq koalisiyasının nümayəndələri Qarabağda “Sülhə çağırış” aksiyası keçirmək üçün Azərbaycana gəliblər.
Xarici İşlər Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, koalisiyanı təmsil edən Avropa hüquq-müdafiə təşkilatlarının iştirakçılarından və fəallardan ibarət nümayəndə heyəti 1992-ci il fevralın 26-na keçən gecə erməni silahlı dəstələri tərəfindən Xocalının dinc azərbaycanlı əhalisinə qarşı törədilmiş soyqırımı yerinə yürüş keçirəcək.

Siyasət 2023-02-24 16:28:00