×
A
A
A
Sazlamalar

Əvvəllər məhkum olunmuş şəxslərdən 10 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə götürülüb

Masallı, 24 fevral, İlkin Adıyev, AZƏRTAC

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş Xəqani Əhədov və tanışı Məhəmmədbağır Allahverdiyev saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, onlara məxsus idman çantasına keçirilən baxış zamanı ayrı-ayrı bükümlərdə ümumilikdə 9 kiloqram 350 qram heroin, 1 kiloqrama yaxın metamfetamin və 1 ədəd bıçaq aşkarlanaraq götürülüb.
Faktla bağlı zəruri istintaq hərəkətləri davam etdirilir.

Regionlar 2023-02-24 11:57:06