Ağalı sakinlərinin ciddi problemi yoxdur
Zəngilan, 18 fevral, AZƏRTAC
Zəngilan rayonunun Ağalı kəndində sakinlərin ciddi problemləri yoxdur.
AZƏRTAC xəbər verir ki, bunu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.
Sakinlərin problemləri ilə mütəmadi maraqlandıqlarını diqqətə çatdıran Vahid Hacıyev məskunlaşma aparılan hər bir məkanda müəyyən çətinliklərin olduğunu təbii adlandırıb. Qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin də öz çətinlikləri var. “Amma bizim yaşadığımız Ağalı kəndində bütün xidmət strukturları mövcuddur, dövlət strukturlarına əlçatanlıq vardır. İnsanların istifadə edə biləcəyi bütün xidmətlər mövcuddur. Bütün xidmət növləri Ağalı kəndində yaradılıb. Ərazidə məskunlaşan insanların məşğulluğu da təmin edilib”, - deyə V.Hacıyev vurğulayıb.
Bir neçə gün əvvəl itkin düşən Cəlilabad sakini tapılıb
Biləsuvarda qanvermə aksiyası: “Sən də bizə qoşul, qan ver, həyat qurtar!”
“Elektron məhkəmə” sistemi bu gündən bütün ölkəni tam əhatə edir
Mingəçevir Dövlət Universiteti yaz imtahan sessiyasına hazırdır