Texnologiya Universiteti daha bir Avropa universiteti ilə əməkdaşlığa başlayır
Gəncə, 17 fevral, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Texnologiya Universiteti ilə Almaniyanın Trier Tətbiqi Elmlər Universiteti arasında əməkdaşlıq əlaqələri qurulub.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu çərçivədə Trier Tətbiqi Elmlər Universitetinin professoru Patrick Siegfried Azərbaycan Texnologiya Universitetində olub, rektor əvəzi, dosent Yaşar Ömərovla görüşüb. Görüş zamanı uzunmüddətli əməkdaşlığın perspektivləri, eləcə də birgə həyata keçirilə biləcək planlar müzakirə edilib.
Görüşün sonunda hər iki universitet arasında əməkdaşlıq memorandumu imzalanıb. Trier Tətbiqi Elmlər Universitetinin prezidenti Dorit Şumanın əvvəlcədən imzaladığı sənədi Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi, dosent Yaşar Ömərov da imzalayıb.
Daha sonra Patrick Siegfriedin “Ərzaq iqtisadiyyatında davamlı konseptlər” mövzusunda elmi seminarı keçirilib. Seminarda professor-müəllim heyətinin üzvləri, eləcə də magistr və doktorantlar iştirak edib, müvafiq sahənin aktual problemləri müzakirə olunub.
Azərbaycanda yaradılan ilk mavigilə təsərrüfatından - REPORTAJ
Ağcabədidə çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb VİDEO
Biləsuvar rayonunda arpa biçini həyata keçirilir