Qida ilə bilavasitə təmasda olan işçilər tibbi müayinədən keçməlidir
Bakı, 17 fevral, AZƏRTAC
Son vaxtlar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ictimai iaşə və ticarət obyektlərində aparılan yoxlamalar zamanı ən çox rast gəlinən pozuntu halları məhz obliqat qrupların tibbi müayinədən keçməməsi ilə bağlıdır. Ona görə də bu kimi hallara qarşı ciddi tədbirlər görülməsi vacib məsələdir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Qida təhlükəsizliyi haqqında” Qanunda qida subyektlərinin əməkdaşlarına dair tələblər müəyyən edilib. Belə ki, qida subyektlərinin qida məhsulları ilə bilavasitə təmasda olan əməkdaşları (obliqat qrupları) ilkin və dövri tibbi müayinələrdən keçirilməli, habelə gigiyenik təlimlərə cəlb olunmalıdırlar. Qanuna əsasən, qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası proseslərinə ilkin və dövri tibbi müayinələrdən keçməmiş, habelə müxtəlif yoluxucu xəstəliklərin daşıyıcıları olan və ya infeksion xəstəliklərə yoluxmuş əməkdaşların buraxılması qadağandır. Qida subyektlərinin vəzifələri işçilərin ilkin və dövri tibbi müayinəsini, habelə onlara gigiyenik təlimlərin keçirilməsini təmin etməkdir.
Əmək Məcəlləsinə əsasən, qida sahəsində fəaliyyət göstərən işçi ilə əmək müqaviləsi bağlanılmamışdan əvvəl həmin şəxs tibbi müayinədən keçməlidir. Tibbi müayinələr ilkin və dövri olmaqla iki yerə bölünür. İlkin tibbi müayinə işə başlamamışdan əvvəl, dövri tibbi müayinə isə iş zamanı əməkdaşların tibbi müayinəyə cəlb edilməsini tənzimləyir.
Daha bir qazimiz sağalaraq Vətənə geri dönüb
“ASAN xidmət”in nümayəndə heyəti Moldovaya səfər edib
“Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi”ndə Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub
Bərdə, Tərtər və Ağdam rayonlarındakı təsərrüfatlarda fitosanitar monitorinqlər aparılıb
On iki heyvan kəsimi və ət satışı məntəqəsi ilə əlaqədar tədbir görülüb