×
A
A
A
Sazlamalar

Rusiyadakı Azərbaycan diaspor təşkilatları Türkiyəyə yardımlar göndərib

Bakı, 10 fevral, AZƏRTAC

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar zərərçəkənlərə yardım kampaniyalarına başlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Rusiyadakı Azərbaycan diasporu bununla bağlı xüsusi fəallıq göstərir. Belə ki, Sankt-Peterburq şəhərində Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti 11 min manat maddi və 34 min manatlıq humanitar yardım, Pyatiqorsk şəhəri “Araz” Milli-Mədəni Muxtariyyəti 45 min manat maddi və 2200 manatlıq humanitar yardım, Başqırdıstan Azərbaycan Xalqının Dostluq Evi 29 min manatlıq humanitar yardım, Sankt-Peterburq şəhərindəki Sofiyski meyvə-tərəvəz bazarında çalışan azərbaycanlı iş adamları 34 min manatlıq humanitar yardım, Krasnoyarsk Azərbaycan Milli-Mədəni Muxtariyyəti 22 min manat maddi yardım, “Xakasiya Respublikası Azərbaycanlılarının Diasporu” Regional İctimai Təşkilatı 9400 manat maddi yardım, “Ural-Azərbaycan” Sverdlovsk Vilayəti Milli-Mədəni Regional Təşkilatı 81 min manatlıq humanitar yardım toplayaraq Türkiyədə zəlzələdən zərərçəkənlərə göndərib.
Qeyd edək ki, Rusiya telekanalları Başqırdıstan Respublikasında fəaliyyət göstərən Azərbaycan icmasının Türkiyəyə yardımı haqqında reportaj yayımlayıb.
Diaspor təşkilatlarının qardaş Türkiyəyə yardımları davam edir.
Qeyd edək ki, bu rəqəmlər 6-10 fevral tarixlərini əhatə edir.
Rusiyadakı Azərbaycan diasporunun Türkiyəyə yardımları ilə bağlı videoicmalı aşağıdakı linkdən izləmək olar:
https://www.youtube.com/watch?v=mdFWduL0ALQ

Diaspor 2023-02-10 19:06:00