×
A
A
A
Sazlamalar

Türkiyədə 5,4 bal gücündə zəlzələ baş verib

Bakı, 9 fevral, AZƏRTAC

Türkiyənin şərqində 5,4 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri 31,4 min nəfər əhalisi olan Bulanık şəhərindən 33 kilometr cənub-qərbdə yerləşib. Zəlzələnin episentri 60 kilometr dərinlikdə olub.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ nəticəsində çoxlu sayda insan həyatını itirib.

Dünya 2023-02-09 00:44:00