Azərbaycanla Belarus arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Kiyev, 8 fevral, AZƏRTAC
Belarusun xarici işlər naziri Sergey Aleynik Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyev ilə görüşüb.
AZƏRTAC Belarus Xarici İşlər Nazirliyinin (XİN) saytına istinadla xəbər verir ki, görüş zamanı tərəflər Belarus-Azərbaycan əməkdaşlığının aktual məsələlərini nəzərdən keçiriblər. Ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsinin zəruriliyi xüsusi vurğulanıb və yaxın gələcəkdə planlaşdırılan tədbirlər müzakirə edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Pakistan Prezidenti Novruz bayramı münasibətilə Azərbaycan Prezidentini və xalqımızı təbrik edib
Laçın-Xankəndi yolu: Aksiyanın keçirildiyi ərazidə Novruz ab-havası hökm sürüb
Deputat: Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat onun sülhə hazır olmadığını göstərir
Sülhməramlı kontingent qanunsuz daşımaları müşayiət edir VİDEO