×
A
A
A
Sazlamalar

Türkiyəyə yardım məqsədilə pulköçürmələr zamanı banklar tərəfindən ƏDV tutulmur

Bakı, 8 fevral, AZƏRTAC

Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycan vətəndaşları tərəfindən qardaş ölkəyə maddi vəsait və ianələr şəklində dəstək göstərilir. Maddi yardım təqdim edən vətəndaşlar elektron ödəniş sistemlərindən istifadə edirlər ki, bu zaman vətəndaşların pul köçürmələrindən vergi tutulması kimi hallar barədə ictimaiyyət arasında məlumatlar yayılıb.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Türkiyədə baş vermiş zəlzələ nəticəsində vətəndaşlar tərəfindən zərərçəkənlərə yardım məqsədilə elektron qaydada aparılan ödənişlər hər hansı elektron ticarət qaydasında göstərilən iş və xidmətlərin alışı ilə bağlı olmadığından həmin ödənişlərdən ödəməni həyata keçirən banklar tərəfindən 18 faiz dərəcə ilə ƏDV tutulmur.
Köçürmələr zamanı hesablarından vergi məbləğləri tutulması halları ilə qarşılaşan vətəndaşlar İqtisadiyyat Nazirliyinin 195-1.2 “Cağrı Mərkəzi” vasitəsilə Dövlət Vergi Xidmətinin qaynar xəttinə, habelə müvafiq banka məlumat verə bilərlər.

Maliyyə 2023-02-08 14:38:00