×
A
A
A
Sazlamalar

Zabuxda tikinti işləri aparılan evdə əl qumbaraları aşkarlanıb

Laçın, 8 fevral, Aydın Yavərzadə, AZƏRTAC
İşğaldan azad edilmiş ərazilərdəki silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən intensiv tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Laçın rayonunun Zabux kəndində tikinti işləri aparılarkən evlərin birindən aşkar edilən 3 ədəd əl qumbarası rayon polis şöbəsinin əməkdaşları tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Regionlar 2023-02-08 13:07:23