×
A
A
A
Sazlamalar

İmişli sakinləri Türkiyəyə dəstək aksiyasına qoşulub

İmişli, 8 fevral, Aydın Yavərzadə, AZƏRTAC

Qardaş Türkiyədə baş verən güclü zəlzələdən əziyyət çəkən insanlar üçün ölkəmizin hər bir bölgəsində yardım aksiyaları keçirilir. Belə aksiyalardan biri də İmişli rayonunda təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri verir ki, aksiyaya qoşulmaq istəyən vətəndaşlar üçün İmişli rayon Mədəniyyət mərkəzində qərargah yaradılıb. Artıq səhər saatlarından başlayaraq İmişli sakinləri axın-axın qərargaha üz tuturlar. Dəstək kampaniyasına qoşulan vətəndaşlar isti geyimlər, həmçinin müxtəlif zəruri əşyalar gətirərək qərargaha təhvil verirlər.
Günorta saatlarına qədər iki mindən çox vətəndaşın qatıldığı aksiya davam etməkdədir.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə dəhşətli zəlzələ olub. Zəlzələdən 10 vilayət zərər çəkib. Son məlumatlara görə, 7108 nəfər ölüb, 41 mindən çox insan yaralanıb. Axtarış-xilasetmə işləri davam edir.

Regionlar 2023-02-08 12:38:17