×
A
A
A
Sazlamalar

® ABB Riyaziyyat yarışmasının qalibləri seçilib

ABB-nin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birgə 9, 10 və 11-ci sinif şagirdləri üçün təşkil etdiyi ABB Riyaziyyat yarışması başa çatıb. Yarışmada iştirak üçün 7574 şagird müraciət edib və birinci seçim mərhələsinə dəvət alıb. Onlardan 260 nəfər bu mərhələni uğurla tamamlayaraq ikinci mərhələyə adlayıb. Növbəti mərhələdə də uğur qazanmış 62 nəfər arasından müsahibə ilə 35 şagird Bakıda təşkil olunan 10 günlük intensiv riyaziyyat təlimlərində iştirak imkanı qazanıb. Təlim iştirakçılarının 12 nəfəri region məktəblərində təhsil alan şagirdlər olub. Təlimlər “ABB Tech Akademiyası”nın bazasında, olimpiada və intensiv təhsil proqramlarının təşkili sahəsində ixtisaslaşmış yerli və xarici ekspertlərin metodoloji dəstəyi ilə keçirilib.

Təlimlərin sonunda iştirakçılar arasında final yarışı təşkil edilib. Nəticədən asılı olaraq ilk 3 yerin qalibi seçilib. 1-ci yerin qalibinə 3000, 2-ci yerin qalibinə 2000, 3-cü yerin qalibinə 1000 manat mükafat verilib. Digər iştirakçılara isə sertifikatlar təqdim edilib.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “İstedadlara dəstək məqsədilə Bankımızın həyata keçirdiyi daha bir maraqlı layihə uğurla başa çatdı. Bu layihənin reallaşdırılmasında tərəfdaşlıq dəstəyinə görə Elm və Təhsil Nazirliyinə minnətdarlığımızı bildiririk. ABB Riyaziyyat yarışmasında biliklərini sınayan bütün gənclərimizə uğurlar arzulayırıq. Cəmiyyətimiz üçün faydalı proqramlarımızı bundan sonra da davam etdirəcəyik”.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya “937” nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.

Maliyyə 2023-02-07 12:45:00