×
A
A
A
Sazlamalar

Ötən il Şəkidə 327 yeni iş yeri açılıb

Şəki, 6 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində 2022-ci ildə Şəki rayonunda 327 yeni iş yeri açılıb. İş yerlərinin 124-ü yeni yaradılan, 203-ü isə mövcud müəssisə və təşkilatların payına düşür.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, yeni iş yerlərinin 105-i tikinti, 61-i kənd və meşə təsərrüfatları, balıqçılıq, 44-ü ticarət, nəqliyyat vasitələrinin təmiri, 37-si emal sənayesi, qalanları isə digər sahələrdə yaradılıb.
Cari il yanvarın 1-i vəziyyətinə rayonda muzdlu işçilərin sayı 21 min 199 nəfər olub.

Regionlar 2023-02-06 18:27:43