Gürcüstan həbsxanaları ilə bağlı maraqlı faktlar açıqlanıb
Tbilisi, 6 fevral, AZƏRTAC
Gürcüstan Milli Statistika Xidməti ölkə həbsxanalarındakı vəziyyətlə bağlı maraqlı faktlar açıqlayıb.
AZƏRTAC xidmətin məlumatına istinadla xəbər verir ki, Gürcüstan həbsxanalarında hazırda 9542 məhbus var.
Amma şərti cəzalıların sayı 2 dəfədən çoxdur və 22 min 33 nəfər təşkil edir.
Xidmətin məlumatına görə, məhbusların çoxu 31-49 yaşı olan insanlardır.
Azadlıqdan məhrum olanların 326-sı qadınlar, 34-ü azyaşlı, 58-i isə yaşı 70-dən yuxarı olanlardır.
Gürcüstan həbsxanalarında 654 xarici ölkə vətəndaşı var.
Ötən il 21 məhkum azadlıqdan məhrumetmə yerlərində dünyasını dəyişib, əksər hallarda ölüm səbəbləri müəyyən edilməyib.
Bir məhbusun aldığı xəsarətdən, dördünün müxtəlif xəstəliklərdən dünyasını dəyişdiyi, dördünün isə intihar etdiyi bildirilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır