×
A
A
A
Sazlamalar

® “Kapital Bank” yenə də müştərilərin kreditini ödəyəcək

“Kapital Bank” nağd pul krediti götürən müştərilər üçün yenidən “Kreditini biz ödəyək” adlı stimullaşdırıcı lotereya keçirir.

Şərtlərə görə, 6 fevral - 29 mart tarixləri arasında onlayn kanallar vasitəsilə kredit götürən müştərilər avtomatik olaraq lotereyada iştirak edib, qalib ola bilərlər. Martın 3-ü və aprelin 5-də keçiriləcək tirajlar zamanı hər ay üzrə 23 müştərinin maksimum 500 AZN olmaqla aylıq kredit ödənişi bank tərəfindən ödəniləcək. Aprelin 5-də keçiriləcək ikinci tirajda isə həmçinin ümumilikdə lotereyada iştirak hüququ qazanan, hətta əvvəlki tirajlarda qalib olan 3 müştərinin maksimum 10 min AZN olmaqla bütün kredit məbləği “Kapital Bank” tərəfindən ödəniləcək.
Qaliblər martın 3-ü və aprelin 5-i saat 11:00-da Bankın “Birstudio” ofisində (Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi, 44 ünvanında), tiraj komissiyasının müəyyən olunmuş üzvlərinin iştirakı ilə, kompüterdə xüsusi proqramın təsadüfi seçimi vasitəsilə müəyyən olunacaq. Bankın feysbuk sosial şəbəkə səhifəsində canlı yayımlanacaq.
Qeyd edək ki, əməkhaqqını “Kapital Bank” və ya digər banklardan alanlar 30 min manatadək nağd pul kreditini maksimum 59 ayadək ala bilərlər. Nağd pul kreditinin illik faiz dərəcəsi 13 faizdən başlayır, nağdlaşma komissiyası isə 0 faiz təşkil edir. Kredit üçün https://www.kapitalbank.az  saytına, “Birbank” rəqəmsal bankına, 8196 qısa nömrəsinə 1 yazıb göndərməklə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək kifayətdir. Kredit şərtləri və lotereya barədə ətraflı məlumat üçün - https://kbl.az/kbgtkl .
Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, “Birbank” kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.

Maliyyə 2023-02-06 11:05:00