Qubada qəza: ölən və yaralanan var
Quba, 4 fevral, Elxan Yusifli, AZƏRTAC
Fevralın 4-də Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Susay kəndi ərazisində qeydə alınıb. “VAZ-21015” markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində sürücü Elşən Qasımov ölüb, avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qəzada həyatını itirən Elşən Qasımov Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektorunun əməkdaşıdır.
Faktla bağlı araşdırma aparılır.
Xaçmazda minik avtomobilləri toqquşub, 4 nəfər xəsarət alıb
Abşeronda qəbiristanlıqda bıçaqlanma hadisəsi baş verib
Cəlilabad həndbolçuları respublika finalına vəsiqə qazanıblar