×
A
A
A
Sazlamalar

Avropa Komissiyasının rəhbəri Ukraynaya 2 GVt elektrik enerjisi tədarükünü elan edib

Bakı, 4 fevral, AZƏRTAC

Avropa İttifaqı (Aİ) Ukraynanın elektrik şəbəkələrini 2 GVt elektrik enerjisi ilə təchiz etməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen Ukrayna-Aİ sammitinin yekunlarına dair brifinqdə deyib.
“Rekord müddətdə şəbəkələrimizi sürətlə birləşdirəndə, Aİ-yə elektrik enerjisi ixrac edən Ukrayna idi. İndi vəziyyət fərqlidir və Ukraynanın elektrik enerjisinə ehtiyacı var. Ona görə də biz sizə lazım olan 2 GVt-ı təmin edəcəyik”, - deyə o bildirib.
Bundan əlavə, Avropa Komissiyasının rəhbəri Ukraynanın bərpa üçün ayrılan ilk 1 milyard avronu tezliklə alacağını açıqlayıb.
Qeyd edək ki, bir gün əvvəl Kiyev Brüsselə Aİ ölkələrindən Ukraynaya elektrik enerjisi ixracı limitini 2 GVt-a çatdırmağı təklif edib. Bu, indiki həcmdən 4 dəfə çoxdur.

Dünya 2023-02-04 05:53:00