ABŞ ərazisində Çinə məxsus hava şarı aşkarlanıb
Bakı, 3 fevral, AZƏRTAC
ABŞ-ın ərazisində görünən Çinə məxsus hava şarı külək səbəbindən marşrutdan kənara çıxıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Çin fors-major şəraitə görə hava şarının səhvən ABŞ ərazisi üzərində uçmasından təəssüflənir", - deyə Çinin Xarici İşlər Nazirliyindən bildirilib.
Pekin fors-major səbəblərdən yaranmış bu insidentin həlli üçün Vaşinqtonla əlaqələri davam etdirəcəyinə söz verib.
Qeyd edək ki, bu gün ABŞ hava sahəsində Çinə məxsus hava şarı görünüb. Vaşinqton bunu Çinin “casus şarı” olduğunu bildirərək, Pekindən açıqlama tələb etmişdi.
ABC telekanalının məlumatına görə, ABŞ dövlət katibi Entoni Blinkenin gələn həftə Çinə planlaşdırılan səfəri ABŞ hava məkanında Çinin "casus şarı"na görə təxirə salınacaq. Səfərin fevralın 5-6-da baş tutması gözlənilir.
Polşanın 2025-2039-cu illər üzrə hərbi inkişaf planı hazırlanıb
CNN: Tramp aprelin 4-də Nyu Yorkda məhkəmə qarşısına çıxacaq
ABŞ: Avropada nüvə silahlarının yerləşdirilməsi Nüvə Silahlarının Yayılmaması Müqaviləsini pozmur
Norveç polisi ölkə tarixində ən böyük narkotik partiyasını müsadirə edib
BMT baş katibinin müavini: Bütün ölkələr nüvə silahı ilə bağlı öhdəliklərinə əməl etməlidir