Azərbaycandan Rumıniyaya 1 milyard kubmetrədək qaz nəqlinə dair Saziş imzalanıb
Bakı, 3 fevral, AZƏRTAC
Fevralın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və Rumıniyanın “Romgaz S.A.” arasında 2023-2024-cü illər ərzində Azərbaycandan Rumıniyaya 1 milyard kubmetrə qədər qaz nəqlinə dair Saziş imzalanıb.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, Saziş 2022-ci il oktyabrın 19-da və dekabrın 16-da SOCAR və “Romgaz S.A.” arasında imzalanan sənədlərin davamı hesab olunur.
İki ölkə arasında enerji sahəsində əlaqələrin hüquqi bazasının formalaşmasını təmin edən sənədlər Azərbaycan qazının ixrac coğrafiyasını genişləndirməklə yanaşı, ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə, həmçinin Avropanın enerji təhlükəsizliyinə və “yaşıl enerji” strategiyasına mühüm töhfə verəcək.
İxrac edilən xam neft və neft məhsullarının dəyəri 3,2 milyard dollardır
Azərbaycan nefti 2,51 dollar ucuzlaşıb
Yanvar-fevral aylarında 43,6 min ton neft koksu ixrac olunub
İxrac edilən neft məhsullarının həcmi artıb
Qazaxıstan neftinin növbəti partiyasını çatdıracaq “Şuşa” tankeri martın 27-də Aktaudan yola çıxacaq