Şirvanda “44 gün – Tarixi zəfər” adlı üçcildliyin birinci cildinin təqdimatı keçirilib
Şirvan, 31 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın adlarının və xatirələrinin əbədiləşdirilməsi üçün “44 gün – Tarixi zəfər” adlı üçcildliyin “A-Ə” hərfləri üzrə birinci cildinin növbəti təqdimat mərasimi Şirvan şəhərində keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası tərəfindən keçirilən təqdimat mərasimi Şirvan şəhər Mədəniyyət Mərkəzində gerçəkləşib. Mərasimdə Şirvan şəhəri, Sabirabad, Saatlı və Hacıqabul rayonlarının icra hakimiyyətlərinin nümayəndələri, bu rayonlardan olan şəhid ailələri iştirak ediblər.
Əvvəlcə şəhidlərin xatirəsi sükutla anılıb. Daha sonra tədbir iştirakçılarına “44 gün – Tarixi zəfər” adlı üç cildliyin (“A-Ə” hərfləri üzrə) birinci cildi təqdim olunub. Bildirilib ki, kitabın birinci cildində minə yaxın döyüşçü – Aprel döyüşlərində və Tovuz hadisələrində, həmçinin Vətən müharibəsində həlak olmuş şəxslər barədə ensiklopedik məlumat yer alır. Həmçinin digər şəhidlərin də adlarının əbədiləşdirilməsi istiqamətində növbəti cildlər üzərində işlər görüldüyü diqqətə çatdırılıb.
Vurğulanıb ki, bu vaxta qədər Respublika Xatirə Kitabı Redaksiyasında İkinci Dünya müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağ müharibəsi zamanı həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli qəhrəmanlarımız haqqında əhatəli materiallar əldə edilərək kitablar nəşr olunub. Bütünlükdə bu şəxslərin adlarının əbədiləşdirilməsi Respublika Xatirə Kitabı Redaksiyasının ümdə işidir və redaksiya bu istiqamətdə araşdırma işlərini davam etdirməkdədir.
Akademik Rus Dram Teatrının kollektivi Gəncədə çıxış edib
Qubada əməliyyatlar zamanı 2 nəfər saxlanılıb VİDEO
Ağdam rayonunun Qiyaslı kəndi FOTO
Qazan xanın yurd saldığı “Qazan köşkü” VİDEO
Göyçəli Razim əmi: Ümid edirik ki, “Dəmir yumruq” Göyçəyə də enəcək