Yardımlıda ictimai iaşə sahəsi üzrə göstəricilərdə artım qeydə alınıb
Yardımlı, 31 yanvar, İlkin Adıyev, AZƏRTAC
Yardımlıda 2022-ci il ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi həcmi keçən illə müqayisədə real ifadədə 19,2 faiz artaraq 19 milyon 685,0 min manat olub.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əhaliyə hüquqi şəxslər tərəfindən 3 milyon 209,6 min manatlıq, fiziki şəxslər tərəfindən isə 16 milyon 475,4 min manatlıq müxtəlif sahələr üzrə ödənişli xidmətlər göstərilib. Ötən illə müqayisədə məişət xidmətinin ümumi həcmi 345 min manat və ya 14,6 faiz artaraq 2 milyon 715 min manat təşkil edib.
2022-ci ildə ictimai iaşə sahəsi üzrə göstəricilərdə əhəmiyyətli dərəcədə artım müşahidə olunub.
Qeyd olunan sahə üzrə əhaliyə 2 milyon 432 min manatlıq xidmətlər göstərilib ki, bu da keçən illə müqayisədə 49,7 faiz çoxdur.
Uzun illər bahara həsrət qalan Horovlu Novruz tonqalı ilə isindi - Cəbrayıldan reportaj VİDEO
Şəki teatrı bayram günlərində balacaları sevindirir
Beş minədək eksponatı olan kənd muzeyi - REPORTAJ
Talış sakini: Builki Novruz həyatımızın ən gözəl bayramı oldu