×
A
A
A
Sazlamalar

Bloomberg: Almaniya Rusiya enerji təchizatından asılılığı azaltmaq istəyir

Bakı, 31 yanvar, AZƏRTAC

Almaniya hökuməti Rusiyadan maye qazın idxalını məhdudlaşdırmaq üçün tədbirlər görmək niyyətindədir. Ölkə Rusiyanın enerji təchizatından asılılığı azaltmaq üçün əlavə səylər göstərir.
AZƏRTAC xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Məlumata görə, Almaniyanın energetika nazirinin müavini Patrik Qreyxen mühafizəkar deputatların bir sıra suallarına cavab olaraq qeyd edib ki, federal hökumət Rusiyadan maye qazın alınmasını dəstəkləmir. Hökumət bununla bağlı şirkətləri də məlumatlandırıb.
Qeyd olunub ki, gələcəkdə şirkətlərdən beş teravat/saatı keçən təbii qaz alışlarının mənşəyinin açıqlanması tələb olunacaq.
Ancaq Almaniya hökumətinin qazın alışı azalacağı halda, nə kimi tədbirlər görəcəyinə dair heç bir məlumat verilmir.

Dünya 2023-01-31 03:51:00