×
A
A
A
Sazlamalar

Hacı Surxay Tehrandakı hadisəni Azərbaycana qarşı terror aktı adlandırıb VİDEO

Bakı, 30 yanvar, AZƏRTAC

Bu gün bir din xadimi olaraq bəyan edirəm ki, bu hadisə bir vandallıqdır, cinayətdir, Azərbaycana qarşı edilən bir terror aktıdır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi Qazilər şurasının üzvü hacı Surxay Məmmədli deyib.
O bildirib ki, bu hadisəni törədən cinayətkarlar öz layiqli cəzalarını alacaqlar.
Şəhid Orxan Əsgərovun onun qonşusu olduğunu vurğulayan hacı Surxay əlavə edib: “O, dövlətə, xalqına bağlı biri idi. Bu gün şəhidimizi Azərbaycan xalqı və bütün dünya tanıdı. Bir insan əgər Vətən uğrunda, torpaq yolunda, xidmət başında dünyasını dəyişirsə, o, təbii ki, şəhiddir. Orxan Əsgərov da xalqı, milləti uğrunda xidmət başında olarkən öz canını qurban verib”.

Siyasət 2023-01-30 14:49:00

Video