Rumıniyadakı diasporumuz İranın təcavüzkar Ermənistanla eyni mövqe sərgiləməsini pisləyib
Bakı, 30 yanvar, AZƏRTAC
Ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə edilmiş silahlı hücum Rumıniyada yaşayan soydaşlarımızın qəzəbinə səbəb olub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Rumıniyada Azərbaycanın Dostları Assosiasiyasının və Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Rumıniya üzrə koordinatorluğunun yaydığı bəyanatda səfirliyimizin təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovun qətli, iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktına görə dərin narahatlıq ifadə edilib.
İran İslam Respublikasının müstəqil Azərbaycan dövlətinə münasibətdə təcavüzkar Ermənistanla eyni mövqedən çıxış etməsini kəskin şəkildə pisləyən soydaşlarımız Rumıniya ictimaiyyətini və beynəlxalq birliyi regionda sülh və sabitlik əleyhinə yönəlmiş cinayətlərə görə cavabdehlik daşıyanların ən qısa zamanda məsuliyyətə cəlb olunması istiqamətində əməli addımlar atmağa çağırıb.
Dneprdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Vyanada Avstriyada yaşayan soydaşlarımızla görüş keçirilib
Xocalı soyqırımı kimi faciələrin təkrarlanmaması üçün regionda sülhün bərqərar olması vacibdir
Avstraliyadakı Azərbaycan diasporu Türkiyəyə yardım kampaniyasına qoşulub
Avropadakı Azərbaycan diasporu Türkiyəyə yardım kampaniyasına başlayıb