Qubada narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıblar
Quba, 29 yanvar, Elxan Yusifli, AZƏRTAC
Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən "VAZ-2107” markalı nəqliyyat vasitəsinin sürücüsü Laçın Manafov və "NİVA" markalı avtomobilin sürücüsü Emin Daşdəmirov yol hərəkəti qaydalarını kobud şəkildə pozduqlarına görə nəzarət-yoxlama qaydasında saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları tərəfindən sürücülərin narkotik vasitənin təsiri altında olmalarına dair əsaslı şübhələr olduğundan hər iki şəxs tibbi müayinədən keçirilib.
Müayinənin nəticəsinə əsasən həmin şəxslərin narkotik vasitənin təsiri altında olmaları sübuta yetirilib. Hər ikisinin barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbir görülüb.
Şirvanda əmək yarmarkası təşkil olunub
Ağstafada 14 yaşlı oğlan qətlə yetirilib
Ağdamda qadınlar ailə büdcəsinin idarə edilməsi mövzusunda maarifləndirilib
Ağdamda konfrans: “Heydər Əliyev Respublika Veteranlar Təşkilatının yaradıcısıdır”