×
A
A
A
Sazlamalar

Dekabrda bankların kredit portfelinin dinamikasında əhəmiyyətli dəyişiklik olmayıb

Bakı, 27 yanvar, AZƏRTAC

Dekabr ayında bankların kredit portfelinin dinamikasında əhəmiyyətli dəyişiklik olmayıb.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, bankların cəmi kredit portfelində biznes kreditlərinin payı 55,4 faiz (10 milyard 855,1 milyon manat) təşkil edib. Ümumilikdə, 2022-ci ildə bankların kredit portfeli 17,6 faiz və ya 2 milyard 935,2 milyon manat artıb. Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı ilin əvvəlinə nəzərən 1,3 faiz bəndi azalaraq 2,9 faiz təşkil edib. Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir (cəmi öhdəliklərin 81,5 faizi və ya 33 milyard 762,6 milyon manat). Depozit portfeli dekabr ayında 2,7 faiz (901,7 milyon manat) artıb. Depozit portfelinin 66 faizini hüquqi şəxslərin depozitləri, 34 faizini fiziki şəxslərin depozitləri (əmanət portfeli) təşkil edir.
Hesabat ayında bankların əmanət portfeli (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) 1,3 faiz (143,1 milyon manat) artaraq 11,483 milyon manat təşkil edib. Əmanət portfelinin 54 faizi (6 milyard 204,1 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 19 milyard 701,8 milyon manat olmaqla (ay ərzində artım 3,4 faiz və ya 650,8 milyon manat), hüquqi şəxslərin cəmi depozit portfelinin (22 milyard 279,6 milyon manat) 88,4 faizini təşkil edib.

Maliyyə 2023-01-27 11:24:00