×
A
A
A
Sazlamalar

Son bir ildə iqtisadiyyata kredit qoyuluşları 3 milyard manatadək artıb

Bakı, 26 yanvar, AZƏRTAC

Yanvarın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 19 milyard 594,4 milyon manat təşkil edib.
AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə isə iqtisadiyyata kredit qoyuluşları 2 milyard 935,3 milyon manat artıb.
Qeyd edək ki, ötən il yanvarın 1-nə kredit qoyuluşlarının həcmi 16 milyard 659,1 milyon manat olub.

Maliyyə 2023-01-26 20:10:00