×
A
A
A
Sazlamalar

Saray qəsəbəsində nöqsanlar aşkarlanan müəssisənin fəaliyyəti məhdudlaşdırılıb

Bakı, 25 yanvar, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Abşeron rayonunun Saray qəsəbəsində M.Əsədov küçəsi, bina 69, mərtəbə 1 ünvanında fiziki şəxs Əliyev Ramin Məmməd oğluna məxsus “Saray Osmanlı” kafesində yoxlama aparılıb.
Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi, üzərində markalanması və mənşəyi məlum olmayan qida məhsulları aşkarlanıb.
Nöqsanlarla əlaqədar inzibati protokol tərtib olunaraq müəssisənin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

Sosial 2023-01-25 14:12:00