×
A
A
A
Sazlamalar

Yaponiya müdafiə büdcəsini iki dəfə artırmağı planlaşdırır

Bakı, 23 yanvar, AZƏRTAC

Yaponiya yaxın beş ildə müdafiə xərclərini iki dəfə artıraraq 332 milyard dollara çatdırmağı, həmçinin kibersahədə və kəşfiyyatda imkanlarını genişləndirməyi planlaşdırır.
AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, bu barədə ölkənin Baş naziri Fumio Kisida parlamentin iclasında çıxışı zamanı deyib.
Yaponiyanın II Dünya müharibəsindən bəri təhlükəsizlik sahəsində ən ciddi və mürəkkəb vəziyyətlə üzləşdiyini vurğulayan Fumio Kisida bildirib ki, ölkəsi hərbi gücün dəstəklədiyi aktiv diplomatiya siyasəti yürütməlidir. Enerji təhlükəsizliyi mövzusuna toxunun Baş nazir hökumətin atom elektrik stansiyalarında yeni nəsil reaktorların tikintisini və hazırkı nüvə reaktorlarının istismar müddətinin uzadılmasını dəstəkləyəcəyini qeyd edib.
Daxili siyasət barədə də danışan hökumət başçısı doğuş tempinin azalması ilə bağlı vəziyyətin dəyişməsi üçün qətiyyətli tədbirlər görmək, uşaqlı ailələrin maliyyə dəstəyini yaxşılaşdırmaq niyyətində olduğunu deyib.

Dünya 2023-01-23 12:33:00